Moskvaya xəbərdarlıq: NATO-ya alternativ yoxdur!

Moskvaya xəbərdarlıq: NATO-ya alternativ yoxdur!
  17 İyul 2018    Oxunub:9184
“Moskva bilməlidir ki, Skopyenin Avropa İttifaqı və NATO-ya daxil olmaqdan başqa yolu yoxdur.”
AzVision.az xəbər verir ki, bunu Makedoniyanın baş naziri Zoran Zaev deyib.

“Əgər xatırlayırsınızsa, əvvəlki bəyanatlarımda həm də nəinki bizim Rusiya ilə əməkdaşlığa dair açıq niyyətimiz təsdiq edilir, o cümlədən, bu əməkdaşlığı inkişaf etdirməyimiz əks olunur. Mən yalnız əldə etdiyim fakt və bəyanatları, həmçinin haqqında məlumatım olan hesabatları şərh edirəm və son məqsədim dost münasibətlər qurmaqdır. Bununla belə siz hamınız, o cümlədən Rusiya bilməlidir ki, Makedoniya respublikası üçün Aİ və NATO-nun tamhüquqlu üzvü olmaqdan başqa alternativ mövcud deyil”, – deyə Zaev Moskvaya xəbərdarlıq edib.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Yohannes Han bu gün Makedoniyaya gələrək, ölkə vətəndaşlarını Aİ-yə inteqrasiya yolunda əldə etdikləri uğurlara görə, həmçinin NATO-ya daxil olmaq yolunda danışıqlara başlanması münasibətilə təbrik edib.

Bundan əvvəl ABŞ-ın nüfuzlu “BuzzFeed” internet qəzetinə verdiyi müsahibədə Makedoniyanın baş naziri Zoran Zaev bildirmişdi ki, ölkəsindəki hökumət əleyhinə çıxışların Rusiya biznesmenləri tərəfindən maliyyələşdirilməsinin başlıca məqsədi Makedoniyanın NATO-ya daxil olmasının qarşısını almaqdır. O, bu barədə hökumətin əlində sübutlar olduğunu da vurğulayıb.

Xatırladaq ki, NATO-nun 11-12 iyulda keçirilən Brüssel sammitində alyansa üzv ölkələr rəsmi şəkildə Makedoniyanı NATO-ya qoşulmağa dəvət ediblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Makedoniya   Rusiya   NATO   Avropa  





Xəbər lenti