Miqrantları aparan qayıq batıb

Miqrantları aparan qayıq batıb
  18 İyul 2018    Oxunub:8815
İspaniya sahillərində içərisində 7 miqrantın olduğu qayıq itib.
"RİA Novosti"-nin verdiyi xəbərə görə, bu barədə “Sərhədləri aşaraq” ictimai təşkilatının rəhbəri Yelena Maleno “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, qayıq Cəbəllütariq boğazında yoxa çıxıb. Miqrantların mobil telefonları cavab vermir və qohumları onları itkin düşmüş hesab edir.

İspaniyanın dənizdə xilasetmə xidmətinə ictimai təşkilatlardan miqrant aparan qayıqlar barədə məlumatlar tez-tez daxil olur. Xidmətin əməkdaşları təkcə çərşənbə axşamı İspaniya sahillərində 200-dən çox insanı xilas ediblər.

AzVision.az


Teqlər: Miqrant  





Xəbər lenti