Tramp-Putin görüşünə 10 milyon avro xərclənib

Tramp-Putin görüşünə 10 milyon avro xərclənib
  18 İyul 2018    Oxunub:8453
Finlandiya hökuməti Rusiya və ABŞ prezidentlərinin Helsinkidə keçirilən görüşünə təxminən 10 milyon avro xərc çəkib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Yuxa Sipilya “Karjalainen” qəzetinə müsahibəsində deyib.

Onun fikrincə, bu cür görüşə investisiya qoymağına dəyər: "Bu pullar ölkənin imicinə qoyulan əmanətdir. Xərclər barədə daha dəqiq məlumat bir qədər sonra veriləcək".

Xatırladaq ki, iyulun 16-da Helsinki Prezident Sarayında Vladimir Putin və Donald Tramp arasında ilk tamformatlı görüş keçirilib. Bundan əvvəl liderlər iki dəfə - ötən ilin iyul və noyabr aylarında böyük beynəlxalq tədbirlər çərçivəsində görüşüblər.

AzVision.az


Teqlər: ABŞ   Rusiya   Tramp   Putin  





Xəbər lenti