Sarkisyanın qardaşı oğlunun işi MTX-ya tapşırıldı

Sarkisyanın qardaşı oğlunun işi MTX-ya tapşırıldı
  18 İyul 2018    Oxunub:7589
Ermənistanı tərk etməyə çalışarkən həbs edilən sabiq prezident Serj Sarkisyanın qardaşı oğlu Ayk Sarkisyana qarşı açılan cinayət işinin istintaqı Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsinə tapşırılıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş prokurorluğu məlumat yayıb.



Qeyd edək ki, Serj Sarkisyanın qardaşı, biznesmen Aleksandrın oğlu Ayk Sarkisyana qarşı məqsədyönlü şəkildə insan həyatına qəsdə cəhd, qanunsuz silah və hərbi sursat əldə edilməsi və saxlanılması maddələri üzrə cinayət işi açılıb. Məhkəmə Ayk Sarkisyan barədə həbs-qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb. Aykın doğma qardaşı Narek Sarkisyan da axtarışa verilib. O, narkotik və silah saxlanılmasında, həmçinin qiymətli incəsənət nümunələrinin oğurlanmasında ittiham edilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Sarksiyan   MTX  





Xəbər lenti