Vergi orqanlarına müraciətlərin sayı artıb

Vergi orqanlarına müraciətlərin sayı artıb
  17 Oktyabr 2013    Oxunub:986
Bu ilin 9 ayı ərzində dövlət vergi orqanlarına 51 min 703 müraciət daxil olub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 35,4 faiz çoxdur.
AzVision.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyi məlumat yayıb. Müraciətlərdən 97,9 faizi ərizə, 1,9 faizi şikayət, qalanı təklif olub. 322 şikayətin icrası xüsusi nəzarətə götürülüb və müraciətlərin 77 faizi müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş 990 şikayətdən 308-i eyni, 82-i təkrardır, yəni faktiki olaraq şikayətlər cəmi 600 məsələ barədədir. Şikayətlərin faktiki sayından 49,5%-i operativ nəzarət, 20,5%-i audit, 14,7%-i bəyannamə, 15,3 faizi digər sahələr üzrədir. 2013-cü ilin 9 ayı ərzində Vergilər nazirliyinin Aparatında 532 vətəndaş qəbul edilib.

Qəbul edilmiş vətəndaşların müraciətlərinin 20,3 farizi vergi orqanlarında işə qəbul olunma, 2,6 farizi iş yerinin dəyişdirilməsi, 2,4%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət, 74,7%-i maddi yardım almaq, şəxsi və digər məsələlərlə əlaqədar olub.

Fatimə


Teqlər:





Xəbər lenti