I və IV qruplar üzrə imtahan başa çatıb

I və IV qruplar üzrə imtahan başa çatıb
  18 İyul 2018    Oxunub:2509
Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
DİM-dən AzVision.az-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 49 binada aparılıb.

Qeyd olunub ki, iyulun 19-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti