Tramp görüşmək üçün Ruhaniyə 8 dəfə zəng edib

Tramp görüşmək üçün Ruhaniyə 8 dəfə zəng edib
  18 İyul 2018    Oxunub:7731
“ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhani ilə görüşmək üçün 8 dəfə təklif irəli sürüb. Ancaq Ruhani görüşdən imtina edib”.

AzVision.az xəbər verir ki, bunu İranın prezident aparatının rəhbəri Mahmud Vaeizi deyib.
O, qeyd edib ki, ötən il prezident BMT Baş Asambelayasının iclasında iştirak etmək üçün Nyu Yorka getdiyi zaman Tramp prezident Həsən Ruhani ilə görüş üçün 8 dəfə zəng edib:

“Guya deyirlər ki, axırda iranlılar ABŞ ilə müzakirə üçün əlaqə yaratmağa məcbur olacaq, lakin indiyədək əksinə olub”.

O, qeyd edib ki, rəsmi Tehran şəffaf siyasət yürüdür və ölkənin ABŞ-la bağlı mövqeyi tam aydındır.

AzVision.az


Teqlər: İran   Tramp  





Xəbər lenti