DİM abituriyentlərə müraciət edib

DİM abituriyentlərə müraciət edib
  19 İyul 2018    Oxunub:3665
İyulun 26-da II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən məlumata görə, abituriyentin "İmtahana buraxılış vərəqəsi"ni çap etmək üçün https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olması lazımdır.

Abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti