Canlı efirdə 675 nəfəri öldürdüyünü etiraf etdi

Canlı efirdə 675 nəfəri öldürdüyünü etiraf etdi
  19 İyul 2018    Oxunub:7717
Qanada keşiş 675 nəfəri qətlə yetirdiyini canlı efirdə etiraf edib. Söhbət dini mərasimə aid qətldən gedir.

AzVision.az “Daily Mail” agentliyinə istinadən xəbər verir ki, keşişin sözlərinə görə, o, 17 yaşından bəri “İblisə yaşayır”. Üzünü maska ilə bağlayan keşiş qeyd edib ki, ölənlərin əksəriyyəti uşaqlardır və həmin uşaqları ona "iblisin" ardıcılları olan həkimlər və tibb bacıları verib.
Keşiş hesab edir ki, “qaranlıq ruhlarla” doğulub və 650-dən artıq iblislə təmasda olub. Lakin polis dini ritual zamanı qətə yetirilən şəxslərlə bağlı şikayətin daxil olmadığını açıqlayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Keşiş   Qana  





Xəbər lenti