“Turin kəfəni”nin saxta olduğu üzə çıxdı

  19 İyul 2018    Oxunub : 10596
“Turin kəfəni”nin saxta olduğu üzə çıxdı
İtaliyanın Turin şəhərindəki Vəftizçi Yohann kafedralında saxlanılan və xristian dünyasında ən mübahisəli müqəddəs əmanət olan qədim parça qalıqlarının İsa Peyğəmbərin dəfnində istifadə edilmiş kəfən olduğu iddia edilirdi.
Ən müasir texnologiyaların köməyi ilə alimlərin apardığı tədqiqatlar “Turin kəfəni” adlanan və ölçüsü 4,4x1,1 metr olan bu əmanətin orta əsrlərdə düzəldilmiş saxta kətan parçası olduğunu üzə çıxarıb.

Roma Katolik Kilsəsi qan ləkəsinin təhlili modelinin (Bloodstain Pattern Analysis) “Journal of Forensic Sciences” jurnalında dərc olunmuş nəticələrinə rəsmi mövqe bildirməyib.

Parça qalıqlarında 30-40 yaşlarında kişi təsvirinin, kətan parçasının üzərindəki qan izlərinin də İsa Peyğəmbərə aid olmadığı aşkar edilib. Habelə qan izləri və yaraların mənşəyi İncildə təsvir olunan detallarla üst-üstə düşmür. Ən başlıcası, qan ləkələrinin təhlili onların bir-birinə uyğun gəlmədiyini üzə çıxarıb. (AzərTAc)

AzVision.az

Teqlər: Turin-kəfəni