Tramp Putini Vaşinqtona dəvət edib

Tramp Putini Vaşinqtona dəvət edib
  20 İyul 2018    Oxunub:6922
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini Vaşinqtona səfərə dəvət edib.
Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders “Twitter” hesabında yazıb.

“Helsinkidə prezident iki ölkənin təhlükəsizlik şuralarının əməkdaşları arasında dialoqun davam etdirilməsinə razılıq verib. Prezident Tramp milli təhlükəsizlik üzrə müşavir Con Boltonu payızda prezident Putini Vaşinqtona dəvət etməyə çağırıb. Səfərlə bağlı müzakirələr artıq başlayıb”, - Sanders qeyd edib.

AzVision.az


Teqlər: Tramp   Putin  





Xəbər lenti