Belarusun İrəvandakı konsulunun evi qarət olunub

Belarusun İrəvandakı konsulunun evi qarət olunub
  20 İyul 2018    Oxunub:9269
İrəvanda Belarusun Ermənistandakı fəxri konsulunun evi qarət edilib.

AzVision.az “Shamshyan.com”-a istinadən xəbər verir ki, naməlum şəxs (və ya şəxslər) texniki vasitələrin köməyi ilə Lvovyan küçəsindəki binalardan birində yerləşən mənzilin qapısını açıblar.
İstintaqa kimliyi məlum olmayan şəxs və ya şəxslər evdən bir neçə “Ipad”, iş üçün nəzərdə tutulan “Notebook”, qadın saatı, abş dolları və erməni dramınını aparıblar. Fakta bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın Belarusdan “Polonez” uzun mənzilli reaktiv yaylım atəş sistemi alması rəsmi Minsk və İrəvan arasındakı münasibətləri gərginləşdirib. Bundan sonra isə İrəvanda Belarusun Ermənistandakı fəxri konsulunun evi qarət edilib

AzVision.az


Teqlər: Ermənistan   Belarus  





Xəbər lenti