İlk imtahanda 650, ikinci imtahanda 700 bal topladı - FOTO

İlk imtahanda 650, ikinci imtahanda 700 bal topladı - FOTO
  20 İyul 2018    Oxunub:9905
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini bu gün elan edib.
İmtahanda I ixtisas qrupu üzrə 11 abituriyent, IV ixtisas qrupu üzrə isə 4 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

AzVision.az-ın məlumatına görə, qəbul imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri Rüstəm Qarayevdir. O, birinci qrup üzrə imtahanda iştirak edib.



Hədəfinə çatdığı üçün sevindiyini deyən Rüstəm təəssüratlarını AzVision.az-la bölüşüb:

"Bu nəticəni gözləyirdim. Müəllimlərimin birgə səyi nəticəsində uğur qazana bildim. İki il hazırlığa getmişəm. Birinci imtahanda 650 bal toplamışdım. Onda çox həyəcanlı idim, mexaniki səhvə yol vermişdim. Bu dəfə çalışdım ki, səhvə yol verməyim. Şükürlər olsun, istədiyim nəticəni əldə etdim".

Aytən Zəhra
AzVision.az


Teqlər: İmtahan   700-bal  





Xəbər lenti