Rusiyada azərbaycanlılara qarşı növbəti təxribatın üstü açıldı - FOTO

Rusiyada azərbaycanlılara qarşı növbəti təxribatın üstü açıldı - FOTO
  17 Oktyabr 2013    Oxunub:1038
Rusiyada polislər Qafqaz müsəlmanlarına qarşı daha bir təxribatın üstünü açıb.
Rusiyanın Sankt Peterburq şəhərində polis qabaqcadan planlaşdırdıqları hiyləylə xalqı hiddətə gətirib, Qurban bayramını qana bulamaq istəyən dəstəni ifşa edib. AzVision.az xəbər verir ki, şəhər polisindən verilən məlumata görə, şəhərdəki irqçi qruplar iki nəfəri pul müqabilində özlərini yaralamalarına razı salıblar. Pulu alan Vasliy Baranov (25 yaşlı) və adı açıqlanmayan 16 yaşlı şəxs özünü bıçaqlayıb, digəri isə şok silahla özünü yaralayıb. Daha sonra isə həmin iki şəxs şəkillərini sosial şəbəkələrdə paylaşaraq, törətdiklərini cinayəti Qafqaz mənşəli müsəlmanların `ayağına yazıblar`. Onlar bu plan vasitəsilə yerli sakinlər və miqrantlar arasında yeni qarşıdurmanın yaratmaq istəyiblər.



Faktla bağlı cinayət işi qaldırılıb. Sözü gedən irqçi qrupun üzvləri olduğu güman edilən həmin şəxslər xalqlar arasına nifaq salmaqda ittiham olunacaqlar.

Qeyd edək ki, oktyabrın 10-da Rusiyada 25 yaşlı Yeqor Şerbakov qətlə yetirilib. Onun ölümündə isə 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Orxan Zeynalov ittiham edilir və onun barəsində bu gün iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti