Ermənistandakı korrupsiya Paşinyanı şoka salıb

Ermənistandakı korrupsiya Paşinyanı şoka salıb
  21 İyul 2018    Oxunub:8968
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində korrupsiyanın tüğyan etdiyini etiraf edib. Hətta vəziyyət o qədər acınacaqlıdır ki, Paşinyan eşitdiyi korrupsiya faktkarından şoka düşdüyünü deyib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın baş naziri ona korrupsiya cinayətləri barədə mütəmadi şəkildə məlumatların daxil olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistanda korrupsiyanın miqyası ağılasığmaz dərəcədədir.

“Təəccüb edirəm. Əvvəllər çalışırdım ki, sərt tənqidlərə yol verməyim, lakin bu gün ölkədəki korrupsiyanın miqyasından şokdayam. Vəziyyət o qədər acınacaqlıdır ki, əsəblər tap gətirmir"- deyə Paşinyan vurğulayıb.

AzVision.az


Teqlər: Ermənistan   Paşinyan   Korrupsiya  





Xəbər lenti