Uşaqlar nə üçün yalan danışır? - (VİDEO)

Uşaqlar nə üçün yalan danışır? - (VİDEO)
  21 İyul 2018    Oxunub:59989
Uşaqlar məktəbəqədərki dövr ərzində, 2-4 yaşlarında olarkən yalan danışmağa başlayırlar. Aldatmağa yönəlik qəsdən söylənilən bu yalanların, uşaqların gələcək inkişafına mənfi təsir edəcəyini düşünən valideynlər böyük narahatlıq keçirirlər. Ancaq, uşaqların gələcəyi üçün yalan danışmalar heç də narahatlığa səbəb yaradan hal deyil.
Yalan danışmaq uşağın digər insanlardan fərqli arzularının olduğunu və onları reallaşdırmaq üçün zehnlərini inkişaf etdirdiyinin əlamətlərindəndir. Məsələn, bir uşaq “anam və atam dondurma yeyə biləcəyimi dedi” kimi aldadıcı bir ifadə istifadə etdikdə, əslində səhv bilgi yaratmaq üçün başqalarının zehnindəki “Atam, anam bu istəyimə nə deyər” düşüncəsindən istifadə edir və şəxsin zehnində inkişaf etdirdiyi sualı lap əvvəldən cavablayaraq arzularını gerçəkləşdirməyi qarşısına məqsəd qoyur. Bu, bir uşağın zehni inkişafı üçün çox önəmlidir.



Yalan arzu edilən bir şey olmasa da, başqlarının nə hiss etdiyini və nə düşündüyünü bilmək üçün uşaqların etdiyi bu davranış böyük bacarıqdır.

Bəs yaş artdıqca yalanlar necə dəyişir?

Uşaqların ilk yalanları, adətən təsirli olmaqdan daha çox güldürücü olur. Ağzı, əli, üzü şokolad olan bir uşağın “Mən şokolad yemədim”, yaxud evdəki divarları yazdıqdan sonra “xəbərim yoxdur, qardaşım və ya bacım edib" deməsi kimi. Balaca uşaqlar başqalarını aldada biləcəklərini bilirlər. Ancaq, bunu yaxşı şəkildə edə biləcək bacarığa sahib deyillər.

8 yaşından kiçik uşaqlar yalan danışanda özlərini tez ələ verirlər. 2002-ci ildə İnternational Journal of Behavioral Development’da (İnernoşnl Jornl of behavirol developmentdə yayımlanan bir araşdırmada yaşları 3 ilə 7 arasında olan uşaqların arxasına qoyulan oyuncağa baxmamaları istənilir. Nəticəni isə proqnozlaşdırmaq çətin deyil. Uşaqların demək olar ki, hər biri arxalarına qoyulan oyuncağa baxmadıqlarını söyləyir. Sadəcə onların yalanlarının davamını gətirməkdə çətinlik çəkdikləri, lakin 3-5 yaş arası "yalançı"ların donuq bir üz ifadəsi sərgiləməkdə mahir olduqları müşahidə olunur. Amma onlara oyuncaq göstərildikdən sonra həqiqətən "bu, filan oyuncaqdır" deyərək yaxalarını ələ verirlər. 6-7 yaş arası "yalançı"lar isə qarışıq performans sərgiləyirər. Belə ki onların yarısı oyuncağı görmədiklərini, yarısı isə səhvən oyuncağın adını söyləyərək yalan danışdıqlarını büruzə verirlər.

Maraqlıdır ki, uşaqların yaşları artdıqca və başqalarının baxış bucağını yaxalamaqda "ustalaşdıqca" daha inandırıcı yalanlar söyləyirlər. 2008-ci ildə “Child Development də yayımlanan araşdırmada yaş artdıqca uşaqların yalanlarının daha inandırıcı olduğu və uzun müddət gizlətmələri ortaya çıxıb. Azyaşlı uşaqlar şəxsi qazancları üçün yalan danışmağa həvəsli olurlarsa, nisbətən böyük yaşlardakı uşaqlar yalan danışdıqda özlərini pis hiss edirlər.

Narahatlıq üçün səbəb varmı?

Geniş yayılmasına baxmayaraq, uşaqlardakı yalan danışma davranışı, nadir hallarda naratlıq yaradacaq bir durumdur. Bir çox yetkin insan da bəzən yaxşı bir şey üçün yalan danışır. Məsələn, Miçiqan Dövlət Universitetində aparılan araşdırmanın nəticəsi göstərir ki, ABŞ-dakı yetişkin insanların 40 faizi 24 saat ərzində yalan söyləyir. Amma uşaqlarda xroniki yalan danışma, yəni bu hal vərdiş halını alarsa, naratlığa əsas var, deməkdir. Xüsusən, yalan qorxu və ya utanma kimi səbəblərdən qaynaqlanırsa, burada valideynlər diqqətli olmalıdırlar. Yəni həkimə və psixoloqa müraciət edilməlidir.

Nəhayət, uşaqlarda yalan danışmaq inkişaf üçün normaldır. Eyni zamanda bəzi öyrənmə bacarıqlarının formalaşdığına işarədir. Ancaq yalan uşaqda davamlı hal alıbsa və onun gündəlik həyatında mənfi təsirlər yaradırsa, həkimə və psixoloqa müracət etmək vacibdir. Ancaq digər hallarda uşaqların yalan danışmasının sosial yaşamı öyrənməsinin bir yolu olduğunu unutmayın.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Uşaq   Yalan  





Xəbər lenti