Magistr birincimizin uğur formulu - Müsahibə

Magistr birincimizin uğur formulu - Müsahibə
  05 Mart 2013    Oxunub:3473
Xəbər verdiyimiz kimi, magistratura imtahanının birinci mərhələsində ən yüksək bal toplayan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Fəridə Musayevadır.
Fəridə Musayeva öz hisslərini AzVision.az-la bölüşüb

- Əvvəldən özün bilirdin ki, belə yüksək nəticə əldə etmisən?
- Yüksək nəticə əldə etdiyimi bilirdim. Suallar asan idi, elə onda bildim ki, yaxşı bal toplaya biləcəm. Həm suallar asan idi, həm də özüm yaxşı hazırlaşmışdım. “Kainat” tədris mərkəzinə gedirdim. Ora da yaxşı hazırlaşdım.

- Sən həm də 700 bal toplayaraq ali məktəbə qəbul olmusan. Bu ugurun sirri nədir?
- Əsas sistemli olaraq, çox çalışmaqdır.

- Magistrı Azərbaycanda oxumaq istəyirsən yoxsa xaricdə?
- Yox Azərbaycanda oxumaq istəyirəm. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilimi davam etdirəcəm. Demək istəyirəm ki, maksimun nəticə əldə etmək üçün inanmaq lazımdır. Mən 700 bal yığacağıma inanırdım. Amma burada 100 yığacağıma inanmırdım. Ona görə də 700 yığa bildim, indi isə çox cüzi səhv edib 97 bal yığdım. Bu səhvlər isə mexaniki səhvlər idi. Bu da ondan irəli gəlir ki, bunu özümdən gözləmirdim.

- Səndən başqa belə yüksək nəticə əldə edən var?
- Hə Kainat tədris mərkəzində bir qız da 97 bal toplayıb. 2009-cu ildə 700 bal yığan da iki nəfər idi, indi də 97 bal yığan iki nəfərdir.

Sevinc İLTİFATQIZI



Teqlər:  





Xəbər lenti