Sarkisyanın mühafizəçisi 1 milyarda azadlığa çıxır

Sarkisyanın mühafizəçisi 1 milyarda azadlığa çıxır
  21 İyul 2018    Oxunub:8904
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın şəxsi mühafizəçisi, general-mayor Vaçaqan Kazaryan 1 milyard dram (2 mln. dollar) girov müqabilində azadlığa buraxılacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu”na xüsusi istintaq xidmətinin mətbuat katibi Marina Oqancanyan bildirib. O, qeyd edib ki, hazırda Kazaryan həbsdə saxlanılır.

Qeyd edək ki, “Yunibank”ı tərk edərkən saxlanılan V.Kazaryanın üzərindən depozit hesabından çıxardığı 123 min dollar və 436 mln. dram (904 min dollar), onu müşayiət edən “Lexus” markalı avtomobildən isə 50 min dollar aşkarlanıb.

Kazaryan nağdılaşdırdığı vəsaitlərlə Milli Təhlükəsizlik Xidmətinə aparılıb. MTX-nın xəbərinə görə, V.Kazaryan həmçinin saxlanıldığı gün “Ardşinbank”dakı hesabından 1,78 mln. dollar, həyat yoldaşının hesabından isə 1,43 mln. dollar çıxarmaq niyyətində olub.

AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti