Tonoyan Azərbaycanla sərhəddə gəldi

Tonoyan Azərbaycanla sərhəddə gəldi
  22 İyul 2018    Oxunub:9577
Ermənistanın müdafiə naziri Davit Tonoyan yenidən Azərbaycanla sərhəd ərazilərə baş çəkib.

AzVision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Artsrun Ovannisyan "Facebook" səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, Tonoyan dövlət sərhədinin cənub-qərb hissəsində olub, hərbçilərin növbətçiliyini müşahidə edib.

Bundan əlavə, erməni nazir yüksək rütbəli zabitlərlə ön xətt qoşunlarının yenidən silahlanması məsələsini müzakirə edib.

Qeyd edək ki, Tonoyan iyulun 6-da Naxçıvanla sərhəddə yerləşən döyüş postlarına baş çəkmişdi.

AzVision.az


Teqlər: Ermənistan   Tonoyan  





Xəbər lenti