Ermənilər Polad Bülbüloğlunu təriflədi

Ermənilər Polad Bülbüloğlunu təriflədi
  18 Oktyabr 2013    Oxunub:1376
AzVision.az xəbər verir ki, Azərbaycan səfirinin Moskvadakı son hadisələrlə bağlı bəyanatı İrəvanda belə qiymətləndirilir: “Diplomat belə olar!”
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Moskvadakı son hadisələr və 25 yaşlı rusu öldürməkdə şübhəli bilinən azərbaycanlı Orxan Zeynalovla bağlı başlayan qalmaqalla bağlı verdiyi bəyanat Ermənistanda həsədlə qarşılanıb.
Virtualaz.org xəbər verir ki, lragir.am erməni saytı Polad Bülbüloğlunun bəyanatından bəhs edərək Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayanın ölkəsinin maraqlarını qorumaq əvəzinə necə susmasından söz açıb.
Sayt xatırladır ki, Azərbaycan səfiri Moskvanın Biryulevo rayonunda baş verənlərlə bağlı sərt danışaraq Rusiyanın bu isterikanı dayandırmayacağı təqdirdə “bumeranq effekti ilə qarşılaşa biləcəyini” xatırladıb. Erməni saytı ehtimal edir ki, səfir bu cür sərt danışmaqla faktiki olaraq Moskvanın Bakının qarşısında qoyduğu hansısa şərtlərə “yox” deyir. Nümayiş etdirir ki, Bakının da Moskvaya cavab verməyə imkanı var.
Lakin lragir.am qeyd edir ki, bu yaxınlarda Ermənistan vətəndaşı Qraçya Arutyunyan Moskvada ehtiyatsızlıq üzündən qəza törədib 18 adamın ölümünə səbəb olanda və xəstəxanadan məhkəməyə qadın xalatında aparılanda erməni səfir Oleq Yesayan həmkarı Polad Bülbüloğlundan fərqli olaraq cınqırını da çıxarmadı. Bu insidentin nəticəsi isə Ermənistanın Gömrük İttifaqına girməsi oldu.
“Polad Bülbüloğlundan fərqli olaraq Oleq Yesayan Rusiyanın şantajı qarşısında qızılgül - Gül kimi susub soldu” - deyə erməni saytı yazır.
Adıçəkilən elektron nəşr qeyd edir ki, Rusiya Azərbaycandan iqtisadi maraqlar, Qarabağa “çıxış”, Gömrük İttifaqına daxil olmaq və s. tələb edə bilər. Lakin Bakı razı deyil, yaxud arqumentlər irəli sürərək qiyməti qaldırır. Ermənistan isə dinməz-söyləməz Rusiyanın dediyini etdi.
Lragir.am daha sonra yazır: “Ermənistanın Rusiyadakı səfiri isə yaraşıqlı görkəminə baxmayaraq erməni maraqlarının müdafiəsinə qalxmadı, şantaja müqavimət göstərmədi. “Müqavimət faydasızdır” - onun mövqeyi belədir. İndi Yesayanın və bütün Ermənistanın ümidi Azərbaycana, onun müqavimət göstərmək qabiliyyətinə və Polad Bülbüloğlunun peşəkarlığına bağlıdır. O, necə lazımdırsa, elə diplomatdır: “Tərəvəz bazasının işçisi adam öldürür, bazanı bağlayırlar. Əgər o, kosmik zavodda işləsəydi necə?” Azərbaycan Ermənistandan fərqli olaraq Rusiyanı Qarabağa buraxmır. Hansı ki, bu məsələdə Ermənistanla Azərbaycanın maraqları üst-üstə düşür. Onların anlayışında azərbaycanlı Bülbülün yanında erməni Gül dayansaydı...”


Teqlər:





Xəbər lenti