Zeynalovun cinayət kadrları montajdır - VİDEO

Zeynalovun cinayət kadrları montajdır - VİDEO
  18 Oktyabr 2013    Oxunub:1570
Orxan Zeynalov videosundakı ilginc montaj və rejissor işi. Rusiya mətbuatında bu əməliyyatın qurama olması barədə ciddi şübhələr var
Xəbər verdiyimiz kimi, Moskvanın Qərbi Biryulyovo rayonunda 25 yaşlı Yeqor Şerbakovun Şəmkir sakini Orxan Zeynalov tərəfindən qətlə yetirildiyi zamandan bir az əvvəlki anlar domofonda anbaan qeydə alınıb. Hadisənin baş verdiyi binanın təhlükəsizlik kamerasının yaddaşında öz əksini tapan video-görüntülərlə bağlı Rusiyanın NTV kanalında şərhlərin müşayiəti ilə süjetlər də yayımlanıb.

AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, baza süjet barədə şübhəli, diqqətçəkən məqamlar az deyil. Bu barədə elə Rusiyanın ayrı-ayrı saytlarında analiz yazıları dərc edilib.

Youtube.com saytında da baş vermiş cinayət hadisəsinin videosu və orda montaj detalları, əməliyyat “xəta”ları ilə bağlı maraqlı bir təhlil yer alıb. NTV-də yayımlanan videonun təhlili zamanı ilginc nüanslara diqqət yetirək: “Əgər tamaşaçıya gənc cütlüyün - söhbət Orxan Zeynalovla onun ötürdüyü qızdan gedir- arasında baş vermiş hansısa münaqişə barədə NTV xəbər verib, süjet yayırsa, o zaman həmin münaqişəni (əgər gerçəkdən baş veribsə), yaymalı, onu montajla kəsməməlidir. Daha bir detal – qız “ağlayan” kadrlarda kameranın aşağı sağ küncündən kiminsə əli görünür və qıza sanki suflyor kimi işarə verir. Bu, çox güman ki, sonradan çəkilən videoda operatorun əlidir. O, qıza “ağla”masının çəkildiyini və artıq qapıdan içəri girməli olduğunu bildirir. Hətta qızın “ağlama” səhnəsində də iki dəfə ciddi texniki səhv olduğu ortaya çıxıb. Belə ki, ilk kadrda həyətin sağ tərəfində qara maşın olduğu halda, ikinci kadrda bu maşın “yoxa çıxır”. Halbuki söhbət cəmi bir-iki saniyədən gedir və bu müddət ərzində maşının ordan uzaqlaşması baş versəydi, videoda da bu, özünü göstərərdi. O qədər ciddi montajdan söhbət gedir ki, orada hətta “qafqazlının” sifəti də “görünmür. Köməyə çıxan iki qonşunun – biri qadın, o biri kişi olmaq üzrə reaksiyaları da ilgincdir. Belə ki, kişi blokdan çıxan kimi qanrılıb iki dəfə şübhəylə arxaya baxır. Şərhçi hesab edir ki, qonşunun hadisə yerinə tələsməkdənsə dönüb iki dəfə diqqətlə arxaya baxmasının bir səbəbi var – arxada operatoru görüb.

Bundan başqa, guya izləmə kamerasının görüntüləri kimi təqdim edilən bəzi kadrların təhlilində də ciddi xətalar ortaya çıxıb. Məlum olub ki, həmin kamera hərəkətdədir. Bundan başqa, həyəti yuxarıdan aşağı “çəkən” başqa bir kameranın olması da şübhəlidir. Videonu təhlil edən ekspert bunun qurama olduğunu iddia etməklə yanaşı, onu sübut edən montaj xətalarını da təqdim edir. Slon.ru saytında isə Zeynalovun işindəki şübhəli məqamlar təhlil edilib.

Birinci məqam: Orda da qeyd edilib ki, hadisəni qeydə alan binanın təhlükəsizlik kamerası ilə bağlı ortada suallar var. Adi doqquzmərtəbəli panel binada London binalarındakı səviyyədə mənzərəni hər cəhətdən göstərən kameraların olması olduqca şübhəlidir.

İkinci məqam: Zeynalovun evinə ötürdüyü, ağladığını görüb, üzünü sildiyi qız barədə də sual doğuran məqamlar diqqət çəkir. Həmin qızın rəfiqəsi iddia edib ki, Zeynalov ona da sataşıb və hətta soyuq silahla təhdid edib. Amma sonradan bu qız barədə heç nə bildirilmir və televizorda ondan başqa hamı göstərilir.

Üçüncü məqam: NTV kanalında yayımlanan “ÇP” verilişində özünü Zeynalovun tanışları kimi təqdim edən cavan oğlanlar bildiriblər ki, təqsirləndirilən şəxs daha öncə də qatil təəssüratı yaradırmış, üstündə silah gəzdirimiş və az qala qızlara təcavüz edirmiş. Bununla belə həmin tanışların hamısı bu azərbaycanlı ilə yaxın dostluq münasibətində olublar və slavyan adlar daşıyırlar və özləri də rusdular.

Dördüncü məqam: Rusiya DİN-i Zeynalovun yaxalanarkən müqavimət göstərdiyini desə də, o, özü müsahibəsində bunun əksini deyir Bildirir ki, əslində heç yerə qaçmırmış, çünki maşını elə meşədə olduğu üçün ora gəlib. Zeynalov nə etdiyinin fərqində olmayan şəxs kimi görünür. O, hətta polislərə sonradan özünün gəlib ifadə verəcəyini də deyir. Bu da onun nə kimi əməl törətməsinin fərqində olmadığını, bəlkə də heç elə bir əməl törətmədiyini göstərir. (İstintaq ifadələrinin təzyiq altında verilməsini və təqsirləndirilənin rus dilini yaxşı bilmədiyini də nəzərə almaq lazımdır)

Samolet73.livejournal.com saytında da binanın təhlükəsizlik kamerasına düşən, Zeynalov olduğu iddia edilən şəxslə bağlı təhlil aparılıb. Qeyd edilib ki, orada görüntüsü yayılan şəxsdə açıq-aydın azəri sifəti var. Azərbaycanlılara xas olan xarakterik sifət cizgilərinin olduğu qeyd edilən yazıda incə nüanslara diqqət yetirilib:

Kameraya düşən şəxslə Zeynalovun üz cizgiləri arasında fərqlər var:

• Daha çox üzlərinin aşağı hissəsi bir-birindən fərqlənir.
• Kameraya görüntüsü düşən şəxsin dodaqları dolğun, həbs ediləninki isə nazikdir.
• Kameraya görüntüsü düşən şəxs qarınlıdır, həbs edilən isə arıqdır, qarnı yoxdur.
• Videogörüntüdəki şəxslə həbs edilən şəxsin saç düzümündə, gicgahlarındakı saç quruluşunda xeyli fərq var.


Bundan başqa, Zeynalovun yaxalanması ilə bağlı tok-şou da gülüş doğurucu kimi qiymətləndirilib:

• Onu konkret kimin (hansı orqanın nümayəndəsi) yaxaladığı bilinmir.
• Yaxalayan şəxslərin nə silahı, nə ratsiyası, nə də bron geyimi var.
• Zeynalovu hardasa parkda, açıq yerdə yaxalayırlar. Bununla yanaşı, televizorda deyirlər ki, o, səhər harasa qaçıbmış. Deməli, onu günorta parkda yaxalayıblar?
• Vertolyotlu şou və günahlandırılanın daxili işlər nazirinin hüzuruna gətirilməsi səhnəsi isə hərə öz yumor hissinin dərəcəsinə görə qiymətləndirə bilər.


Bu təhlilin müəllifi isə hesab edir ki, qatilə bənzəyən azərbaycanlı ilə razılığa gəliblər, camaatı sakitləşdirmək üçün bu kadrları çəkib, televiziya vasitəsilə yayıblar.
Bütün hallarda biz Rusiya KİV-lərində, ayrı-ayrı müəlliflərin bloqlarında yazılan təhlilləri nəzərə çatdırıb, yaranan şübhələri bölüşdük. Prosesin necə yekunlaşacağını zaman göstərəcək, amma bu əməliyyatdakı naşılıqlar artıq həvəskar və peşəkarlar tərəfindən təhlil edilib, gülüş hədəfinə çevrilib.




Teqlər:  





Xəbər lenti