İranda zəlzələ: 146 yaralı - (Yenilənib)

İranda zəlzələ: 146 yaralı - (Yenilənib)
  23 İyul 2018    Oxunub:8607
İranda baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 146 nəfərə çatıb.
Məlumata əsasən, yaralılardan 21-i xəstəxanalara yerləşdirilib.

***
İranın Kermanşah əyalətində baş verən zəlzələ nəticəsində azı 128 nəfər xəsarət alıb.

AzVision.az xəbər verir ki, bu barədə əyalətin qubernatoru Xuşanq Bazvanda bildirib.

***
İranın Kermanşah vilayətinin Təzəhabad yaşayış məntəqəsində 5,9 maqnitudalı zəlzələ olub.

AzVision.az TASS-a istinadən istinadən xəbər verir ki, zəlzələ nəticəsində azı 20 nəfər xəsarət alıb.

Zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərilikdə yerləşib.

AzVision.az


Teqlər: İran   Zəlzələ  





Xəbər lenti