Kabildəki partlayışda 16 nəfər ölüb

Kabildəki partlayışda 16 nəfər ölüb
  23 İyul 2018    Oxunub:7673
Kabil aeroportu yaxınlığında törədilən partlayış nəticəsində 16 nəfər ölüb, 60 nəfər yaralanıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaralıların çoxu polis əməkdaşlarıdır. Hadisə ölkəyə qayıdan birinci vitse-prezident Əbdül Rəşid Dostumun aeroportu tərk etməsindən sonra törədilib.

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

AzVision.az


Teqlər: Kabil   Partlayış  





Xəbər lenti