Ermənistan Rusiyadan 200 milyonluq silah aldı

Ermənistan Rusiyadan 200 milyonluq silah aldı
  23 İyul 2018    Oxunub:19529
İrəvan və Moskva arasında imzalanmış kredit sazişi üzrə Rusiyanın Ermənistana 200 milyon dollar dəyərində silah tədarükü başa çatdırılıb.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

Onun sözlərinə görə, dost münasibətləri olan Ermənistan və Rusiya arasında bir çox müqavilələr bağlanılsa da, lazım gəldikdə sazişlərdəki bəzi müddəalar yenidən nəzərdən keçirilə bilər.

Qeyd edək ki, 200 milyon dollar dəyərində Rusiya istehsalı olan silahların alınması üçün nəzərdə tutulmuş qeyd olunan kredit sazişi (illik 3 faizlə) iki ölkə arasında 2015-ci ilin iyununda imzalanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti