İranda növbəti dəfə zəlzələ olub

İranda növbəti dəfə zəlzələ olub
  23 İyul 2018    Oxunub:7247
İranın cənub-şərqində yerləşən Kerman ostanında zəlzələ baş verib.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 5,8 bal gücündə qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat yoxdur.

Xatırladaq ki, ötən gün İranda üç dəfə zəlzələ olub. Onlardan ən güclüsünün maqnitudu 5,9 bal olub. Kermanşah ostanında baş verən zəlzələ ölkənin hər yerində hiss edilib. Nəticədə 287 nəfər xəsarət alıb, 101 bina tamamilə, 850 bina qismən dağılıb. Bölgəyə 15 xilasetmə qrup göndərilib. Bundan başqa İranın cənubundakı Hörmüzgan ostanında 4,6 və 5,4 bal gücündə zəlzələ olub.

AzVision.az


Teqlər: İran   Zəlzələ  





Xəbər lenti