Çavuşoğlunun Bakı səfərinin vaxtı açıqlandı

Çavuşoğlunun Bakı səfərinin vaxtı açıqlandı
  23 İyul 2018    Oxunub:7637
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu iyulun 24-də Azərbaycana səfər edəcək.
Türkiyənin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Çavuşoğlu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla və digər rəsmilərlə görüşəcək: "Çavuşoğlunun Bakıya səfəri birgünlük olacaq".

XİN-də həmçinin qeyd ediblər ki, səfər zamanı Türkiyə və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi və digər regional məsələlər müzakirə olunacaq: "Gözlənilir ki, Çavuşoğlu Azərbaycanın baş naziri Novruz Məmmədovla görüş keçirəcək". (Trend)

AzVision.az


Teqlər: Türkiyə   Çavuşoğlu  





Xəbər lenti