Ağır yol qəzasında 4 nəfər yaralandı

  05 Mart 2013    Oxunub : 458
Ağır yol qəzasında 4 nəfər yaralandı
Ucarda avtomobil 10 metr hündürlükdən aşıb.
Ucar şəhəri ərazisində yerləşən körpünün üstündən maşının aşması nəticəsində 4 nəfər xəsarət alıb. Azvision.az xəbər verir ki, hadisə bu gün axşam saat 17:00 radələrində qeydə alınıb.
Zərdab sakini, 1988-ci il təvəllüdlü Pirəliyev Salah Arif oğlu “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və körpünün kənarından 10 metr hündürlükdən aşıb.
Hadisə nəticəsində sürücü Salah Pirəliyev, sərnişinlər - 1976-cı il təvəllüdlü Pirəliyeva Lamiyə Bəyalı qızı, 1980-cı il təvəllüdlü Pirəliyeva Samirə Bahəddin qızı, 1986-cı il təvəllüdlü Orucova Gülyanaq Arif qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Teqlər: