Arif Hacılı 72 saxta diplomu Almaniyada 36 min avroya satıb - FOTOFAKT

Arif Hacılı 72 saxta diplomu Almaniyada 36 min avroya satıb - FOTOFAKT
  23 İyul 2018    Oxunub:44391
Müsavat partiyasının mühacir biznesi ilə məşğul olmasını sübuta yetirən ciddi faktlar ortaya çıxıb.
Eks-müsavatçıların AzVision.az-a bildirdiyinə görə, bu yaxınlarda Müsavat başqanı Arif Hacılı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbirlərə qatılmaq üçün Frankfurt şəhərinə səfər edib. Hacılının Almaniyaya getməsində məqsəd heç də AXC-nin yubiley tədbiri olmayıb. Belə ki, Müsavat başqanı ölkədən gedərkən özü ilə Avropada saxta mühacir statusu almaq istəyən şəxslərə satmaq niyyətilə 72 ədəd “diplom” aparıb.

Məlumata görə, Arif Hacılı həmin diplomların hər birini 500 avro qiymətinə satıb və ümumilikdə 36 min avro qazanc əldə edib.

“Müsavata xidmətlərinə görə təltif olunan” şəxslər əsasən bu diplomlar vasitəsilə Avropada oturum almaq istəyən və mövqelərini daha da möhkəmləndirmək üçün istifadə edənlər olub. Diplom satışından əldə etdiyi vəsaitin bir hissəsini A.Hacılı partiyanın Avropadakı "işçilərinə" paylayıb, pulun qalan hissəsi Ankaraya səfər zamanı xərclənib. Yerdə qalan məbləğ isə A.Hacılını müşayiət edən partiya fəalları Razim Əmiraslanlı, Gülağa Aslanlı, Səxavət Soltanlı və Nüşabə Sadıxlı arasında bölüşdürülüb.

Mənbənin iddiasını gücləndirən məqamlardan biri “diplom”un paylanılması barədə xəbərlərin partiyaya aid saytlarda və sosial şəbəkələrdə işıqlandırılmamasıdır. Belə ki, tədbirin rəsmi hissəsi canlı yayımlarla təqdim edilsə də, əsas məsələ - “mükafatlandırılma” hissəsi heç bir yerdə qeyd olunmayıb.








Kənan Məmmədov
AzVision.az


Teqlər: Müsavat   Mwhacir-biznesi  





Xəbər lenti