Mixail Saakaşvili İlham Əliyevə başsağlığı verdi
"Həbsxana qrafiki səbəbindən yalnız bu gün, gecikmə ilə, Azərbaycan mülki təyyarəsinin qəzası ilə bağlı başsağlığı verə bilirəm. Həlak olanların ailələrinin kədərini bölüşür və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Prezident İlham Əliyevin hərəkətlərinə heyranlığımı bildirməyə bilmərəm. O, prinsipial mövqe tutaraq, ən yüksək ləyaqət nümayiş etdirərək və xalqının əsl lideri kimi davranaraq, bütün həqiqəti söylədi", - deyə Mixail Saakaşvili bildirib.
AzVision.az
Teqlər: