Yeni üzvlər İB-nin fəaliyyətini həm sosial şəbəkələrdə, həm də ölkəmizin sosial-ictimai həyatında yaxından izlədiklərini vurğulayıblar. Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı məqamları barəsində danışan yeni üzvlərdən Prezident təltifçisi, kiçik dövlət müşaviri İndira Şəmsivari bundan sonra qurumun işində, o cümlədən də keçirəcəkləri tədbirlərdə fəal şəkildə iştirak edəcəklərini deyib.
Qeyd edək ki, “İMZA” İB-yi indiyə kimi həm sosial şəbəkələrdə, həm də ölkəmizin ictimai-sosial həyatında fəal şəkildə iştirak edib, bir sıra ciddi layihələri gərçəkləşdirib, xüsusi ilə də beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilatçısı olub. Ötən il Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə keçirilən beynəlxalq konfrans, bu il baş tutmuş “Qərbi Azərbaycana qayıdışın tarixi, mədəni və hüquqi əsasları” adlı beynəlxalq tədbir, həmçinin “İMZA” İB-nin əvvəlki illərdə keçirdiyi Qarabağ İqtisadi Forumu, Xocalı soyqırımına həsr olunmuş toplantıları və digər əhəmiyyətli yığıncaqları geniş ictimai rezonans doğurub, yerli və xarici KİV-lərdə bu barədə məlumatlar yayılıb. “İMZA” kollektivi 2025-ci "Konstitusiya və suverenlik" ili üçün də yeni planlar üzərində çalışır.
AzVision.az