Azərbaycanda yeni ilin ilk gününə olan hava proqnozu açıqlanıb
![Azərbaycanda yeni ilin ilk gününə olan hava proqnozu açıqlanıb
Azərbaycanda yeni ilin ilk gününə olan hava proqnozu açıqlanıb](https://azvision.az/photos/2024/12/17356358124530259749_1200x630-1735656589.jpg)
Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 771 millimetr civə sütunu, nisbi rütubət isə 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə yüksək dağlıq ərazilərdə arabir yağıntılı, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 2-7° isti olacaq.
AzVision.az
Teqlər: