DİN avtomobilin polis bölməsinə çırpılmasına münasibət bildirib

Avtomobilin kirayə götürüldüyü və yüksək sürətlə idarə olunduğu qeyd edilib. Belə ki, nəqliyyat vasitəsi əvvəlcə 3-4 avtomobili vurub, daha sonra isə 33-cü polis bölməsinin divarına çırpılıb.
Məsələ ilə bağlı APA-nın sorğusuna Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli münasibət bildirib.
O deyib ki, hadisəyə səbəb ilkin ehtimal olaraq sürücünün idarəetməni itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az