Məzahir Pənahov ATƏT rəsmisinə iradını bildirdi
M.Pənahov fikirlərini sözügedən hesabatlardan konkret misallar gətirməklə əsaslandırıb, hesabatlarda ciddi hüquqi yanlışlıqlara yol verildiyini bildirib və hesabatlar tərtib olunarkən hansı faktlara istinad etdiklərini açıqlamalarını xahiş edib: "Mərkəzi Seçki Komissiyası demokratik dəyərləri öz fəaliyyətində rəhbər tutan beynəlxalq təşkilatlarla qarşılıqlı konstruktiv əməkdaşlığı hər zaman yüksək qiymətləndirməsinə baxmayaraq, ATƏT/DTİHB-nin Azərbaycanda keçirilən seçkilərə bir qayda olaraq qərəzli mövqe nümayiş etdirməsi MSK-nı bu qurumla gələcək əməkdaşlıq məsələsinə yenidən baxılması üçün Azərbaycan hökumətinə müraciət etmək məcburiyyəti qarşısında qoyub".
Missiya rəhbərliyi sualları konkret cavablandırmayıb, hesabatda qeyd olunanlarla bağlı ümümi fikir ifadə etməklə kifayətlənib.