XİN rəsmisi erməni naziri tamadaya bənzətdi

XİN rəsmisi erməni naziri tamadaya bənzətdi
  24 İyul 2018    Oxunub:7406
"Ermənistan müdafiə nazirinin illüstrativ şərhləri ənənəvi erməni toy məclisindəki tamada nağıllarına bənzəyir".

AzVision.azxəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.
"İngilis atalar sözündə deyildiyi kimi, "boş gəmidən daha möhkəm səs çıxar". Ermənistan müdafiə naziri öyrəşdiyi stolüstü qərargah təlimləri ilə operativ reallığı qarışıq salır", - deyə XİN rəsmisi qeyd edib.

AzVision.az


Teqlər: XİN   Hikmət-Hacıyev  



Xəbər lenti