Qubada möhtəşəm “Alma bayramı” keçiriləcək

  18 Oktyabr 2013    Oxunub : 841
Qubada möhtəşəm “Alma bayramı” keçiriləcək
Oktyabrın 20-də Qubada rayon icra hakimiyyətinin təşəbbüsü ilə “Alma bayramı” keçiriləcək.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunacaq bayram tədbirinə rayon rəsmiləri, ziyalılar, Azərbaycandan kənarda yaşayan qubalı iş adamları, eləcə də çoxsaylı xarici ölkə nümayəndələri dəvət olunub.
Tədbirdə milli adət-ənənələrimizi əks etdirən kompozisiyalar qurulacaq, rayonda becərilən alma sortları nümayiş etdiriləcək, iştirakçılara almadan hazırlanmış müxtəlif şirniyyatlar, kokteyl və içkilər təqdim olunacaq.

Bundan başqa, bayramda ən böyük alma nominasiyası üzrə qalib müəyyənləşəcək.

Tədbir çərçivəsində rayonda yaşayan azsaylı xalqların folklorunu, mətbəxini və həyat tərzini əks etdirən stendlər nümayiş olunacaq.
“Alma bayramı” yeni istifadəyə verilmiş “Yaşıl teatr”ın səhnəsində tanınmış incəsənət ustalarının konsert proqramı ilə yekunlaşacaq.

Teqlər: