Seçki günü faciə: 30 nəfər ölüb

Seçki günü faciə: 30 nəfər ölüb
  25 İyul 2018    Oxunub:5686
Pakistanın Kvetta şəhərində partlayış törədilib.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində 30-a yaxın insan ölüb.

Digər məlumata əsasən, Lətifabad şəhərində Milli Müsəlman Liqasının deputatlığa namizədi Faysal Nədimin seçki qərargahına əl qumbarası atılıb. Nəticədə Faysal Nədim və sürücüsü yaralanıb.

Hadisənin hansı qruplaşma tərəfindən törədildiyi bilinmir. Hazırda ölkənin təhlükəsizlik qüvvələri əməliyyat keçirir.

Qeyd edək ki, bu gün Pakistanda parlament seçkiləri keçirilir.

AzVision.az


Teqlər: Pakistan   Partlayış  



Xəbər lenti