Türkiyədən Ermənistana keçən 5 nəfər saxlanıldı - FOTOLAR

Türkiyədən Ermənistana keçən 5 nəfər saxlanıldı - FOTOLAR
  25 İyul 2018    Oxunub:6328
Ermənistanda Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd idarəsinin əməkdaşları Ermənistan-Türkiyə sərhədini pozan 5 nəfəri saxlayıb.

AzVision.az “News.am” saytına istinadən xəbər verir ki, Rusiya sərhədçiləri sərhəd dəstəsinin Artaşat məntəqəsindən Ermənistanın ərazisinə qanunsuz keçməyə cəhd edən 5 Əfqanıstan vətəndaşını aşkar edib.
Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.





İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   Ermənistan  



Xəbər lenti