Ermənistanın Rusiyadan aldığı qazın qiyməti artırılır

Ermənistanın Rusiyadan aldığı qazın qiyməti artırılır
  26 İyul 2018    Oxunub:4874
Ermənistanın Rusiyadan aldığı təbii qazın tarif qiyməti artırılacaq.

Ermənistan KİV-lərinə istinadla yayılan məlumatda bildirilir ki, bu ölkənin təbii qazın alınması ilə bağlı Rusiyanın “Qazprom” şirkəti ilə bağladığı müqavilənin müddəti yaxın vaxtlarda başa çatacaq. Müqavilə başa çatdıqdan sonra imzalanacaq yeni sənəddə “mavi yanacağın” qiymətlərinin artırılması nəzərdə tutulub.
Ermənistanın “Qrammark” qəzeti Rusiyadan olan ekspertlərə istinadla yazır ki, Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətləri artırılacaq. Ekspertlər bildirirlər ki, təbi qazın satışı ilə əlaqədar yeni sxem hazırlanıb. Həmin sənəddə təbii qazın qiymətinin dəyişəcəyi və artacağı barədə məlumatlar əksini tapıb. “Bu, o deməkdir ki, rəsmi Moskva Ermənistanın yeni hökumətinə etibar etmir” - deyə, ekspertlər vurğulayıblar.

Qeyd edək ki, Rusiya təbii qazı Gürcüstandan keçməklə Ermənistana çatdırılır. (AzərTAc)

AzVision.az



Teqlər: Ermənistan   Rusiya   Qaz  





Xəbər lenti