“Putinlə Azərbaycana silah satışını müzakirə etdik” - Paşinyan
"Mən Putinlə Rusiyanın Azərbaycana silah satışını da müzakirə etmişəm. İki ölkənin mövqeyi açıq formada bəyan edilib. Lakin mən danışıqların nüanslarını tam açıqlamaq istəməzdim. Silah satışına embarqo (Azərbaycanı nəzərdə tutur - red) tamam başqa mövzudur. Bu məsələni tək Rusiya ilə deyil, eyni zamanda Belarusla və KTMT-da olan tərəfdaşlarımızla müzakirə edəcəyik. Rusiyanın bizim regiona mümkün geosiyasi və iqtisadi təsiri var".
Paşinyan hesab edir ki, Rusiyanın müharibəyə yol verməmək üçün rıçaqları mövcuddur: "Mən inana bilmirəm ki, Rusiya müharibənin qarşısını almaq üçün bu vasitələrdən istifadə etməyəcək. Moskvada futbol üzrə dünya çempionatında iştirak etdiyim zaman Putin məni Azərbaycan prezidenti İlham Əliyevlə tanış etdi. Biz onunla tanış olduq. Lakin bu tanışlıq effektli olmadı. NATO sammitində isə biz görüşmədik. Çünki belə alındı”.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Ermənistan Azərbaycan Qarabağ







Vaxtında, Aydın, Lazımlı!


