Adnan Oktarın mason olduğu üzə çıxdı

Adnan Oktarın mason olduğu üzə çıxdı
  26 İyul 2018    Oxunub:6471
Cinayət törətmək məqsədilə təşkilat yaratmaq, cinsi təcavüz və vergi qaçaqmalılığı kimi bir çox qanunazidd əməllərdə ittiham edilən Adnan Oktarın mason olduğu ortaya çıxıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun 1 milyon 50 min avro ödəniş etməklə 33-cü dərəcədən mason olduğu təsdiqini tapıb.
Belə ki, 2013-ci ildə A.Oktarın A9 kanalındakı proqramına İtaliyan mason təşkilatının lideri kimi tanınan Gian Granco Pilloni dəvət edilib. O zaman Pilloni masonluqda 33-cü dərəcə diplomu kimi tanınan sənədi A.Oktara verib. İstintaq zamanı ifadə verən şəxslərdən biri onun bu dərəcəni necə aldğını etiraf edib. Bildirib ki, 2012-ci ildə A.Oktarın daha böyük gücə sahib olmaq və xaricdə möhkəmlənmək üçün mason olması vacib amil hesab olunub.

“Dünyada ən güclü mason təşkilatlarının İskoç Rit və P2 mason təşkilatları olduğunu öyrənib, ona dedim. Birinciyə üzv olmaq üçün İngiltərədə yaşamaq lazım idi. Ona görə P2 ilə əlaqə saxlamamı bildirdi. Mən emaillə əlaqə saxladım və 350 min avro olmaqla 3 dəfə onların hesabına pul köçürdük. Beləliklə, ona 33-cü dərəcədən mason sənədi verilib. Bundan sonra Adnan Oktar haqqında İtaliya mətbuatında məlumatlar yayıldı. İtaliyan təşkilatı ABŞ təşkilatı ilə əlaqəli olduğu üçün orada Oktar haqqında məlumatlar verildi. Hətta Trampın prezident andiçməsində iştirak edilməsinə də şərait yaradıldı. Həmin dəvətdə iştirak etmək üçün Oktar 200 min dollar pul ödəyib”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti