ABŞ Türkiyəni sanksiyalarla hədələyir

ABŞ Türkiyəni sanksiyalarla hədələyir
  27 İyul 2018    Oxunub:6869
ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyədə ev dustaqlığında olan amerikalı rahib Endryü Bransonun azad olunmasını tələb edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ rəsmisi bununla bağlı çıxışında Ankaranı təhdid edib. Bildirib ki, rahib azad edilməyəcəyi təqdirdə, Türkiyəyə qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

“Rahib Bransonu dərhal azad edin, əks təqdirdə bunun acı nəticələrini görəcəksiniz”, - Pens Ankaraya mesaj yollayıb.

Qeyd edək ki, rahib Endryü Branson Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra İzmirdə həbs olunub. Daha sonra onun barəsində həbs qərarı ev dustaqlığı ilə əvəzlənib.

AzVision.az


Teqlər: ABŞ   Türkiyə   Sanskiya  





Xəbər lenti