Ermənistanda hərbi qulluqçu əsgəri öldürüb

Ermənistanda hərbi qulluqçu əsgəri öldürüb
  27 İyul 2018    Oxunub:6623
Ermənistanda əsgər Jora Petrosyanın ölümünə görə müddətli hərbi xidmət qulluqçusu həbs edilib.

AzVision.az xəbər verir ki, bununla bağlı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əsgər Jora Petrosyanın ölümünə digər əsgər yoldaşının silahla ehtiyatsız davranışı səbəb olub.
Qeyd edək ki, iyulun 24-də Ermənistanda döyüş mövqeyində yerləşən hərbi hissələrdən birində əsgər Jora Petrosyan üzündən güllə yarası alıb. O, hadisə yerində keçinib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ermənistan   Ordu  



Xəbər lenti