Qarabağda təxribatçı erməni əsgər yaralandı

Qarabağda təxribatçı erməni əsgər yaralandı
  27 İyul 2018    Oxunub:9251
İşğal altında olan Dağlıq Qarabağda daha bir erməni əsgəri yaralanıb.
AzVision.az Ermənstan mətbuatına istinadən xəbər verir ki, iyulun 26-də yerli vaxtla saat 20:45 radələrində Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birinin saxlanma məntəqəsində təxribata cəhd edən 1998-ci il təvəllüdlü erməni əsgər David Arturoviç Milan baş nahiyəsindən güllə yarası alıb.

Əsgər dərhal hərbi hospitala yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Hadisənin səbəblərinin araşdırılması üçün təhqiqat aparılır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti