Erməni hərbçi qəza törətdi: Yaralılar var

Erməni hərbçi qəza törətdi: Yaralılar var
  27 İyul 2018    Oxunub:7079
Ermənistanın Lori vilayətində ağır yol qəzası baş verib.

AzVision.az Shamshyan.com saytına istinadən xəbər verir ki, Vanadzor-Spitak yolunun 2-ci kilometrliyində “VAZ- 21099” markalı avtomobillə “VAZ-2106” markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hazırda polislər qəzanın səbəbini və yaralıların şəxsiyyətini araşdırır.

Qeyd olunub ki, avtomobillərdən birini Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən hərbçi idarə edirmiş.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermnəistan   Qəza  



Xəbər lenti