Sarkisyanın qudası dövlətə 1 milyon dollar atıb

Sarkisyanın qudası dövlətə 1 milyon dollar atıb
  27 İyul 2018    Oxunub:7024
Ermənistanın keçmiş prezidenti Serj Sarkistyanın qudası Ara Minasyan külli miqdarda dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Ara Minasyanın rəhbəri olduğu “Qriqor Lusavoriç” Tibbi Mərkəzində aparılan yoxlama zamanı məlum ki, tibb mərkəzi sosial paketləri formal olaraq sənədləşdirib. Nəticədə dövlətə 1,2 milyon dollar məbləğində ziyan dəyib.

Qeyd edək ki, Ara Minasyanın oğlu, Ermənistanın Vatikandakı səfiri Mikael Minasyan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qızlarından biri ilə ailə qurub.

AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti