Xaçaturov zaminə buraxılıb

Xaçaturov zaminə buraxılıb
  28 İyul 2018    Oxunub:6119
Ölkənin konstitusiya quruluşunun devrilməsində təqsirli bilinən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov məhkəmənin qərarı ilə zaminə buraxılıb.
AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun vəkili Miqran Poqosyan deyib.

Vəkil bildirib ki, Xaçaturovun zaminə buraxılma məbləği 5 milyon dram (11 min ABŞ dolları) təşkil edib.

Qeyd edək ki, Xaçaturova ölkənin konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb. O, 2008-ci il 1 mart aksiyasının dağıdılması işi ilə bağlı istintaqa cəlb edilib.

AzVision.az


Teqlər: Xaçaturov  





Xəbər lenti