Malidə qəbilələr arasında atışma: 17 ölü

Malidə qəbilələr arasında atışma: 17 ölü
  28 İyul 2018    Oxunub:6137
Malinin Mopti qəsəbəsində Dozos qruplaşması ilə Fulani qəbiləsinin üzvləri arasında silahlı qarşıdurma baş verib.
AzVision.az xəbər verir ki, insident nəticəsində Fulani qəbiləsinin 17 üzvü öldürülüb.

Qeyd edək ki, ölkədə sabah keçiriləcək prezident seçkiləri öncəsi gərginlik müşahidə olunur. Belə ki, muxalifət lideri Soumaila Cisse də bu həftə ölkənin şimalındakı Tumbukutu şəhərində keçirdiyi təbliğat kampaniyasında hücuma məruz qalıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Mali  



Xəbər lenti