KTMT-ya yeni baş katib seçiləcək

KTMT-ya yeni baş katib seçiləcək
  28 İyul 2018    Oxunub:6636
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova qarşı başlanmış cinayət işi daxili hüquqi prosesdir və Ermənistanda araşdırılan cinayət işi çərçivəsində ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub.
AzVision.az xəbər verir ki, bunu “Tert.am” saytına açıqlamasında Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

“Nəzərə alsaq ki, söhbət təşkilatın fəaliyyət göstərən baş katibindən gedir rəsmi İrəvan KTMT üzrə tərəfdaşlarına baş katibin əvəzlənməsi prosesinə başlamağı təklif edib” – deyə XİN rəsmisi əlavə edib.

O həmçinin bildirib ki, Ermənistan KTMT-nin möhkəmlənməsinə və inkişafına ciddi sadiqdir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: KTMT   Baş-katib  





Xəbər lenti