Aydın Əliyev Tovuzda vətəndaşlarla görüşəcək

Aydın Əliyev Tovuzda vətəndaşlarla görüşəcək
  18 Oktyabr 2013    Oxunub:1652
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Tovuzda vətəndaşlarla görüşəcək.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Komitənin sədri, gömrük xidməti general-leytenantı A.Əliyev oktyabrın 25-də saat 08:30-dan etibarən Tovuz Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbulda Tovuz, Ağstafa, Qazax, Gədəbəy və Şəmkir rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.


Teqlər:  





Xəbər lenti