Deputat Rusiyanı parçalamağı təklif etdi

Deputat Rusiyanı parçalamağı təklif etdi
  30 İyul 2018    Oxunub:3301
Latviya parlamentinin deputatı Aleksandr Kirşteyns bəyan edib ki, Rusiyanı bir neçə hissəyə parçalamaq olduqca vacibdir.

AzVision.az xəbər verir ki, bu barədə Kirşteyns öz "Tvitter" səhifəsində yazıb. Bu cür bəyanatının səbəbini isə ölkəsinin və Avropanın dincliyi ilə əlaqələndirib. Onun sözlərinə görə, Rusiyanın parçalanması köhnə qitəyə sülh gətirəcək.
“Yalnız Rusiya etnik tərkibcə kiçik dövlətlərə parçalanacağı təqdirdə hərbi münaqişələrə son qoyulacaq, Avropada isə uzun illər hökm sürəcək sülh yaranacaq”, – deyə Latviyalı deputat vurğulayıb.

Qeyd edək ki, NATO-nun üzvü olan Latviyada rəsmilər və siyasətçilər səviyyəsində mütəmadi olaraq anti-Rusiya şüarları səsləndirilir. Riqa Rusiyanı öz təhlükəsizliyinə başlıca təhdid hesab edir.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: Latviya   Rusiya   NATO  





Xəbər lenti